Haqqımızda
Mağazamız 1993-cü ildən bəri ölkəmizdə musiqisevərlərin və musiqiçilərin musiqi alətlərinə olan tələbatını qarşılamaqdadır. Siz bizim mağazalarımıza gələrək həm milli, həm Avropa, həm də digər xalqların musiqi alətlərini əldə edə bilərsiniz. Əgər arzu etdiyiniz musiqi alətini bizim malların arasında tapa bilməmisinizsə həmin aləti bizim mərkəz vasitəsilə sifariş edə bilərsiniz. Hazırda mağazalarımızda müxtəlif növdə tar, kamança, qaval, saz, balaban, zurna, tütək, klarnet, ud, türk kamançası, gitara, qarmon, zərb, qanun, qoşanağara, nağara, skripka, saksafon, sintizator, piano, səsgücləndirici(uslitel), mikrofon və s. kimi musiqi alətləri, aksesuarlar və suviner alətlər mövcuddur.
Mağazalazımızda işlənmiş musiqi alətlərinizi təhvil verib yenisini əldə edə, nasaz musiqi alətlərini təmir edə bilərsiniz. Bunlarla bərabər alətləri nəğd, köçürmə, kredit yolu ilə əldə edə bilərsiniz.
Kredit şərtləri:
Kredit götürmək istəyən şəxs 20-65 yaş(təqaüdçülər də daxildir) arasında olmalıdır. Şəxs müraciət edərkən şəxsiyyət vəsiqəsini və daimi iş yerindən arayış təqdim etməlidir. Buraya əsasən dövlət idarələri və bankla əməkdaşlıq edən özəl şirkətlər daxildir.
Məcburi köçkünlər müraciət edərkən isə qeyd edilənlərə əlavə olaraq hansı ünvanda müvəqqəti qeydiyyatda olduqları haqda sənəd təqdim etməlidirlər.
Kreditin müddəti 3 aydan 18 aya qədər təyin olunur. Kredit götürmək istəyən şəxs 150-3000 manat məbləğində kredit götürə bilər. Kəmin şəxs kredit götürdüyü malın 20%-ni əvvəlcədən ödəməlidir. İllik faiz dərəcəsi 30% təyin olunur. Bank xərcləri 10 AZN+4%-dir. Qaimə-arayış mağazamız tərəfindən verilir. Əgər kredit götürülən malın məbləği 1000 manatdan yuxarı olarsa, ikinci bir şəxs zamin durmalıdır və eyni zamanda həmin şəxs şəxsiyyət vəsiqəsi və daimi iş yerindən arayış təqdim etməlidir. Kredit Bakı, Gəncə, Lənkəran, Şəki, Xırdalan şəhərləri, Abşeron rayonu, Qaradağ rayonunun Lökbatan, Sahil, Qobustan, Müşviqabad və Ələt qəsəbələrində Bankın filialları ilə təmsil olunan ərazilərində qeydiyyatda olanlara verilir.
